Amin Seydiyev: “Hamımızın qarşısında bir hədəf var idi”

18 May 2026 22:37
147
Amin Seydiyev: “Hamımızın qarşısında bir hədəf var idi”

“Hamımızın qarşısında bir hədəf var idi – çempionluq”.

İdman.Biz bildirir ki, bu sözləri futbolpress.az-a “Sabah”ın futbolçusu Amin Seydiyev deyib.

“Sabah” 2025/26-cı illər mövsümündə Azərbaycan çempionu olub və paralel olaraq Azərbaycan Kubokunu qazanıb.

“İstər meydanda, istərsə də meydandan kənarda hər kəs bunun üçün əlindən gələni etməyə çalışdı”, - Seydiyev əlavə edib.

Futbolçu klubla bitməkdə olan müqaviləsinə də toxunub: “Hələlik bununla bağlı konkret nəsə yoxdur. İndi çempionluğu qeyd edirik. Digər məsələlərlə bağlı isə danışıqlar aparılacaq. Hələ necə olacağını bilmirəm”.

İdman.Biz