“Qarabağ” fransalı Jali Muaddibi transfer edib - FOTO

18 May 2026 19:35
165
“Qarabağ” fransalı Jali Muaddibi transfer edib

“Qarabağ” fransalı vinger Jali Muaddibi transfer etdiyini açıqlayıb.

İdman.Biz Ağdam təmsilçisinə istinadən bildirir ki, klub 25 yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.

Bu gün tibbi müayinədən keçən oyunçu “Qarabağ”da 7 nömrəli formanı geyinəcək.

Jalinin son klubu Kipr təmsilçisi “Omoniya” olub. O, karyerası ərzində Fransada “Lill” və “Anje”nin B komandalarında, həmçinin “Avranş”da, Rumıniyada “Botoşani”də çıxış edib.

“Qarabağ” yeni transferini “Dreamland Baku”nun qol meydançasında çəkilən şəkilləri ilə təqdim edib.

eyd edək ki, Muaddib Fransanın U-19 milli komandasının formasını geyinib.

İdman.Biz
Məqalədə: