Voronejin “Fakel” klubunun heyətində Rusiya Premyer Liqasına vəsiqə qazanan Belaydi Pusi karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.
İdman.Biz-in Sportal.az-a istinadən məlumatına görə, 28 yaşlı hücumçunun xidmətində maraqlı olan klublarımız var.
Belə ki, Premyer Liqadan 3 klub birdən alban futbolçu üçün hərəkətə keçib.
Qeyd edək ki, Pusinin “Fakel”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Belaydi “Vlajniya”, “Skenderbeu”, “Şamaxı”, “Turan Tovuz” klubarında oynayıb. Futbolçu ötən il “Şamaxı”dan “Fakel”ə keçib.
Pusi bu mövsüm 34 matçda meydana çıxıb, 16 qol vurub.
