FIFA “Qarabağ” futbol klubuna transfer qadağası tətbiq edib.
İdman.Biz xəbər verir ki, qərara əsasən, komanda növbəti üç transfer pəncərəsi ərzində yeni oyunçu qeydiyyata ala bilməyəcək.
Qadağanın səbəbləri hələlik açıqlanmayıb.
“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin “Qafqazinfo”ya verdiyi məlumata görə, məsələ ilə bağlı Ağdam təmsilçisinə hələlik rəsmi məktub gəlməyib: “Problemin nə olduğu bilinmir və bunun ciddi məsələ olduğunu düşünmürük”.
Qeyd edək ki, FIFA “Neftçi”yə də eyni qadağanı tətbiq etmiş, lakin sonradan bu qərar ləğv olunmuşdu.
