Adil Şükürov: “Bütün gücümüzü səfərbər edəcəyik ki, Premyer Liqada qalaq”

Müsahibə
7 Yanvar 2024 11:21
198
Adil Şükürov: “Bütün gücümüzü səfərbər edəcəyik ki, Premyer Liqada qalaq”

“Komandamızda yaxşı oyunlar olub. Bəzən isə yaxşı nəticə qazanmamışıq”.

İdman.biz xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.

O, komandasının qış fasiləsində hazırlığını dəyərləndirib. Şükürovun sözlərinə görə, “Kəpəz”in oyunu ümidvericidir: “Düşünürük ki, gələcəkdə komandanı bir az da gücləndirərək yaxşı nəticələrə nail ola bilərik. Bəzən bəxtsizlik, bəzən də oyun üslubunda çatışmazlığa uyğun nəticələr olub. Lakin indi komandanın fiziki durumunu və texniki-taktiki baxımından inkişafına çalışacağıq. Bu müddət ərzində müəyyən hədəflərə çatmaq istəyirik. Çünki əvvəl ki, dönəmlərdən fərqli, bu ilki fasilə daha qısadır. Bu müddət ərzində də çalışmalıyıq ki, komandamızı tam şəkildə formalaşdıraq. Bu da gərgin bir iş tələb edir. Hazırlıq dönəmində iki yoxlama oyunu keçircəyik. Bu dönəmdə, həmçinin məşqlərdə də komandanı inkişaf etdirərək bizə uyğun bəzi məsələləri futbolçulara daha geniş şəkildə aşılayacağıq. Vaxtımız azdır və bundan maksimum şəkildə geniş istifadə etməliyik”.

Mütəxəssis klubun mətbuat xidmərinə müsahibərində “Səbail”dən icarəyə götürdükləri Amil Yunanova da inandığını və onun komandaya faydalı olacağını deyib: “Hər zaman bəyəndiyim futbolçu olub. Amil “Sumqayıt”la Azərbaycan çempionatının bombardiri olub. “Səbail”də olduğu zaman da oyunlarına baxırdım, ancaq orda az şans qazanır. Onun “Kəpəz”də uğur qazanması üçün çox imkanı var. Bu günlərdə bizə çox fayda verəcəyini və kömək edəcəyini düşünürəm”.

Azarkeşləri səslənən Şükürov onlardan “Kəpəz”in yanında olmasını istəyib: “Uğurlarımız üçün onların üzərinə düşən nə varsa, əllərindən gələni etsinlər. Biz də məşqçi və komanda olaraq bütün gücümüzü səfərbər edəcəyik ki, Premyer Liqada qalaq”.

Qeyd edək ki, “Kəpəz” Premyer Liqada 18 turdan sonra 14 xalla 9-cü pillədə qərarlaşıb.

İdman.biz

Məqalədə: