“Zirə”nin futbolçuları milli komandalarında məhsuldar olublar

30 Sentyabr 2026 11:52
80
“Zirə”nin futbolçuları milli komandalarında məhsuldar olublar

“Zirə” klubunun futbolçuları milli komandalarının heyətində növbəti oyunlarını keçiriblər.

İdman.Biz xəbər verir ki, Mozambik millisində çıxış edən Rikardo Gimaraeş Sudan yığmasına qarşı keçirilən oyunda bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Mozambik seçməsi rəqibini 4:1 hesabı ilə məğlub edib.

Ruanda millisində çıxış edən Anje Mutsinzi isə səfərdə Kabo Verde yığması ilə qarşılaşıb. “Zirə”nin müdafiəçisi komandasının 2:1 hesablı qələbəsinə bir məhsuldar ötürmə ilə töhfə verib.

Qeyd edək ki, “Zirə” Azərbaycan çempionatında altı turdan sonra 10 xalla beşinci pillədə qərarlaşıb.

İdman.Biz