“Qarabağ”ın zədəliləri meydana nə vaxt qayıdacaq? - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

30 Sentyabr 2026 11:07
90
“Qarabağ”ın zədəliləri meydana nə vaxt qayıdacaq? - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

“Qarabağ” futbol klubunun zədəli futbolçularının son durumu açıqlanıb.

Bu barədə İdman.Biz-ə Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Zakaria Savonun zədəsi tam sağalıb. 26 yaşlı futbolçu artıq komanda ilə məşqlərə başlayıb.

“Köhlən atlar”ın hazırda zədəli olan digər futbolçuları isə Elvin Cəfərquliyev və Bəhlul Mustafazadədir.

Qeyd edək ki, Elvin Cəfərquliyev sentyabrın əvvəlində zədəsi səbəbindən əməliyyat olunub. O, UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev) ilə cavab oyununda zədələnib. Müayinələr zamanı futbolçunun sol budunun arxa əzələ qrupuna daxil olan yarımvətərli əzələnin distal vətərində zədələnmə aşkarlanıb.

Cinah müdafiəçisinin yaşıl meydanlara dönüş tarixi qeyri-müəyyəndir.

Bəhlul Mustafazadənin isə daha əvvəl əməliyyat olunan ayaq nahiyəsində yenidən problem yaranıb. Bu səbəbdən müdafiəçi təkrar əməliyyat keçirib.

Futbolçunun təxminən dörd həftə sonra bərpa prosesinə başlayacağı gözlənilir.

İdman.Biz