“Mingəçevir”in zambiyalı hücumçusu: “Öz komandama fokuslanmışam” - MÜSAHİBƏ

10 Aprel 2026 18:20
171
“Mingəçevir”in zambiyalı hücumçusu: “Öz komandama fokuslanmışam” - MÜSAHİBƏ

Azərbaycan Birinci Liqasının 21-ci turunda nominal ev sahibi “Şimal” doğma meydanda “Mingəçevir”i qəbul edib.

İdman.Biz xəbər verir ki, Şamaxı Olimpiya Mərkəzində baş tutan matç qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda bir qolla yadda qalan “Mingəçevir”in zambiyalı hücumçusu Kennet Kalunqa prosport.az-ın suallarını cavablandırıb.

– Oyunla bağlı fikirləriniz necədir?

– Yaxşı oyun oldu. Bu liqada asan qarşılaşma yoxdur. Amma mübarizə apardıq və qələbə qazandıq.

– Bombardirlər siyahısında 10 qolla ikinci yerə yüksəldiniz. Bu barədə nə deyə bilərsiniz?

– Qol vurmaq komanda üçün vacibdir. Bombardirlər siyahısında yerimi qoruyub saxlamaq üçün əlimdən gələni edəcəyəm.

– Adınız qışda “Qəbələ” və “Kəpəz” klubları ilə hallanırdı. Bu barədə bilirdiniz?

– Xeyr, bu barədə heç nə eşitməmişəm. Sadəcə, öz komandama fokuslanmışam.

– Bu mövsüm “Mingəçevir”də əsas hədəfləriniz nələrdir?

– Əsas hədəf Premyer Liqaya yüksəlməkdir. Bunun üçün hər gün mübarizə aparırıq. Addım-addım məqsədimizə doğru irəliləyirik. Sonda nə olacağını birlikdə görəcəyik.

İdman.Biz