“Qarabağ” akademiyanın bütün məşqçilərinə yeni müqavilə təklif edib

10 Aprel 2026 17:52
191
“Qarabağ” akademiyanın bütün məşqçilərinə yeni müqavilə təklif edib

“Qarabağ” futbol klubu akademiyada işləyən bütün məşqçilərlə müqavilənin müddətini uzatmaq istəyir.

Akademiyanın meneceri Nail Kərimov AZƏRTAC-a bildirib ki, bununla bağlı məşqçilərə təklif göndərilib.

“Bizim tərəfimizdən onlara yeni müqavilənin bağlanılması ilə bağlı təklif irəli sürülüb. Əlbəttə ki, mütəxəssislərin də fikriləri önəmlidir. Yəqin ki, mayın sonunda rəsmi qərar açıqlanacaq”, - deyə o bildirib.

Qeyd edək ki, “Qarabağ” futbol klubunun akademiyasında Rauf Əliyev, Maksim Medvedev və Rəşad Sadiqov kimi tanınmış veteran futbolçular işləyir.

İdman.Biz