Roberto Olabe: “Biz hər gün qələbə qazanmaq üçün hazırlaşırıq” - MÜSAHİBƏ

10 Aprel 2026 13:14
180
Roberto Olabe: “Biz hər gün qələbə qazanmaq üçün hazırlaşırıq” - MÜSAHİBƏ

“Biz hər gün qələbə qazanmaq üçün hazırlaşırıq. Bu, bizim məqsədimizdir”.

Bunu “Turan Tovuz”un ispaniyalı yarımmüdafiəçisi Roberto Olabe futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- “Turan Tovuz” milli fasilədən öncə yaxşı oyun göstərir və nəticə qazanırdı. Fasilə sizə mənfi təsir etdi?

- Milli fasilənin bununla heç bir əlaqəsi yoxdur. Düşünürəm ki, heç bir təsiri yoxdur. Sadəcə futboldur və hər cür situasiya ilə qarşılaşırsan.

- Növbəti oyunlarda qələbələr qazanacağınıza inanırsınız? Qalibiyyət seriyası yaratmaq mümkündür?

- Biz hər gün qələbə qazanmaq üçün hazırlaşırıq. Bu, bizim məqsədimizdir. Meydana çıxırıq ki, üç xal qazanaq, qələbələr əldə edək. Bundan sonrakı matçlarda da məqsədimiz və istəyiimiz qələbələr qazanmaq olacaq.

- Növbəti matç evdə “Sumqayıt”ladır və Tovuzda keçiriləcək. Bu amil uğurunuza təsir edəcək?

- Bəli, Tovuzda, azarkeşlərimizin qarşısında oynamaq bizim üçün daha asan olacaq. Onlar bizə çox kömək edirlər. Biz onlar üçün və qalib gəlmək üçün oynayırıq. Doğma meydanda dəstək hər zaman lazımdır.

İdman.Biz