“Qarabağ” “Atletiko”nun oyunçusundan imtina edib

3 İyun 2026 21:42
76
“Qarabağ” “Atletiko”nun oyunçusundan imtina edib

Moldova millisinin və “Atletiko Madrid”in keçmiş qapıçısı Horasiu Moldovan “Qarabağ”a təklif olunub.

İdman.Biz-in Futbolinfo.az-a istinadən məlumatına görə, onun meneceri Ağdam klubu ilə danışaraq futbolçunun Azərbaycanda çıxış edə biləcəyini deyib. Lakin “Qarabağ” tərəfi bu təklifdən imtina edib. Buna səbəb isə heyətdə iki qapıçının – Fabian Buntiç və Mateuş Koxalskinin olmasıdır.

Qeyd edək ki, Horasiu Moldovan 2024-cü ildə Madrid “Atletiko”suna transfer olunub. Lakin o əvvəlcə, “Sassuolo”ya, daha sonra isə “Ovyedo”ya icarəyə verilib.

İdman.Biz