“Zirə” oyunçuları “Payde” ilə matçdan öncə son məşqə çıxıblar - FOTO

29 İyul 2026 19:27
119
“Zirə” oyunçuları “Payde” ilə matçdan öncə son məşqə çıxıblar

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Zirə” klubu “Payde” (Estoniya) ilə cavab oyununa çıxacaq.

İdman.Biz bildirir ki, “Zirə” futbolçuları cavab matçı öncəsi son məşqə çıxıblar.

“Zirə” – “Payde” cavab qarşılaşması sabah Sumqayıt şəhər stadionunda keçiriləcək.

Matç 20:00-da başlayacaq.

Estoniyada baş tutan ilk oyunda “Payde” 1:0 hesabı ilə qalib gəlib.

İdman.Biz