“Qarabağ” cavab oyunu üçün Bolqarıstandadır - FOTO

29 İyul 2026 19:12
130
“Qarabağ” cavab oyunu üçün Bolqarıstandadır

“Qarabağ” futbol klubu UEFA Avropa Liqası ikinci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Bolqarıstanda “CSKA Sofia”nın qonağı olacaq.

İdman.Biz xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv artıq oyun üçün Sofiyaya gəlib.

Komanda ilə birlikdə klubun prezidenti Tahir Gözel də Bolqarıstana gedib.

“CSKA Sofia” - “Qarabağ” qarşılaşması iyulun 30-da Sofiyadakı “Vasil Levski” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Komandalar arasında Bakıda baş tutan ilk oyun qolsuz heç-heçə ilə (0:0) yekunlaşıb.

İdman.Biz