AFFA Hakimlər Departamenti yeni mövsümə hazırlıq planlarını açıqlayıb

3 İyun 2026 20:31
66
AFFA Hakimlər Departamenti yeni mövsümə hazırlıq planlarını açıqlayıb

AFFA hakimlər üçün mövsümöncəsi fiziki hazırlıq və nəzəri testlər təşkil edəcək.

İdman.Biz bildirir ki, bunu AFFA Hakimlər Departamentinin sədri Bəhruz Teymurov deyib.

O, Report-a açıqlamasında mövsümöncəsi hazırlıq planları və strukturda gözlənilən yeniliklərə aydınlıq gətirib:

“Hakimlərin toplanışı mütləq keçiriləcək. Mövsümöncəsi fiziki hazırlıq və nəzəri testlər təşkil olunacaq. Təlim-məşq toplanışının harada və nə vaxt baş tutacağı barədə ictimaiyyətə məlumat veriləcək. Hazırda bu istiqamətdə işlər aparılır”.

İdman.Biz