Sumqayıt şəhərində yerləşən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadiounun rəsmi açılışı yaxın zamanda baş tutacaq.
Bu barədə İdman.biz-ə etibarlı mənbədən məlumat verilib.
Stadion açılışa ötən ilin sonlarından hazır olsa da, qeyri-müəyyən səbəblərə görə, bu, reallaşmayıb. Artıq stadionun uzun zamandır kilidli qalan qapıları açılacaq. "Sumqayıt" futbol klubu azarkeş tutumu 9 min nəfər olan yenilənmiş arenada rəqiblərini qəbul edəcək.
Ağa Dadaşzadə
İdman.biz