Hamı oynayır, “Qarabağ” birinci olur – İLİN YEKUNU

Xəbərlər
30 Dekabr 2023 17:08
Hamı oynayır, “Qarabağ” birinci olur – İLİN YEKUNU

Azərbaycan Premyer Liqasında 2023-cü ilə yekun vurulub.

İdman.biz xəbər verir ki, 2022/23 mövsümünün ikinci, 2023/24 mövsümünün ilk yarısında ümumilikdə 180 oyun keçirilib.

Bu müddətdə 11 komanda Premyer Liqada mübarizə aparıb. “Şamaxı” ötən, “Araz-Naxçıvan” cari çempionatda 18 görüşə çıxıb. Digər komandalar 36 qarşılaşmada iştirak edib.

İlin ən yaxşı komandası “Qarabağ”dır. Ötən mövsümün çempionu və cari çempionatın lideri il ərzində hamıdan çox – 25 qələbə qazanıb, hamıdan çox – 88 qol vurub və 81 xalla ən yaxın izləyicilərini 21 xal qabaqlayır.

“Sabah” il ərzində topladığı 60 xalla ikincidir. “Neftçi” isə üçüncü sırada qərarlaşıb.

Qeyd edək ki, 180 görüşdə 469 qol vurulub.

1

Qarabağ

36

25

6

5

88-31

81

2

Sabah

36

18

6

12

60-33

60

3

Neftçi

36

16

10

10

49-36

58

4

Zirə

36

13

12

11

38-32

51

5

Sumqayıt

36

13

7

16

35-63

46

6

Səbail

36

12

9

15

45-59

45

7

Turan Tovuz

36

12

8

16

54-55

44

8

Qəbələ

36

10

9

17

39-61

39

9

Kəpəz

36

7

12

17

29-56

33

10

Araz-Naxçıvan

18

7

5

6

20-19

26

11

Şamaxı

18

2

6

10

12-24

12

İdman.biz

Məqalədə: