Azər Əliyev: “Bojoviçin “Neftçi”nin baş məşqçisi olması böyük uğurdur”

Xəbərlər
29 Dekabr 2023 13:20
421
Azər Əliyev: “Bojoviçin “Neftçi”nin baş məşqçisi olması böyük uğurdur”

“Miodraq Bojoviçin “Neftçi”nin baş məşqçisi olması Azərbaycan üçün, xüsusilə bizim üçün böyük uğurdur”.

İdman.biz xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Azər Əliyev klubunun mətbuat xidmətinə yeni baş məşqçisi Miodraq Bojoviç haqqında danışarkən deyib.

29 yaşlı yarımmüdafiəçi Bojoviçin Rusiyada böyük təcrübəyə malik olduğunu vurğulayıb: “Düzdür, birlikdə çalışmamışıq, amma onun rəhbərlik etdiyi komandalara qarşı oynamışam. Bilirəm ki, yaxşı oyun qurur. Bunu Bojoviçin çalışdırdığı bütün komandalarda görmüşəm. Onunla işləmiş futbolçulardan eşitmişəm ki, kollektivə çox yaxşı təsir göstərir, hər kəslə fərdi olaraq çox yaxşı işləyir və komandada əla əhval-ruhiyyə yaradır. Buna görə də kollektiv şəkildə görülən işin nəticəsini görmək üçün əlimizdən gələni edəcəyik. Bir araya gəlib işləməyə başlayacağımız günü səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Bojoviçlə 6 ay + 1 illik müqavilə imzalanıb.

İdman.biz

Məqalədə: