“Qəbələ” iki yoxlama oyunu keçirəcək

Xəbərlər
27 Dekabr 2023 17:00
126
“Qəbələ” iki yoxlama oyunu keçirəcək

“Qəbələ”nin 2023/24 mövsümünün qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Azərbaycan Premyer Liqasının XVIII turunun dekabrın 22-də keçirilən “Sabah”la oyunundan (1:0) sonra istirahətə buraxılan “qırmızı-qaralar” 2024-cü il yanvarın 4-də Qəbələdə bir araya gələcək. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda təlim-məşq toplanışı müddətində iki yoxlama oyununda qüvvəsini sınayacaq.

“Qəbələ” yanvarın 10-da “Kəpəz”lə üz-üzə gələcək. Komanda 5 gün sonra “Qəbələ-2” ilə qarşılaşacaq. Hər iki oyun Qəbələdə olacaq. Matçların başlama hələ dəqiqləşməyib.

Qeyd edək ki, mövsümün ikinci yarısına yanvarın 21-23-də keçiriləcək XIX turun oyunları ilə start veriləcək.

İdman.biz

Məqalədə: