“Kəpəz”in bıçaqlanan futbolçusu iki həftəyə məşqlərə başlayacaq

20 Fevral 2026 18:12
105
“Kəpəz”in bıçaqlanan futbolçusu iki həftəyə məşqlərə başlayacaq

Bir müddət əvvəl bıçaqlanan “Kəpəz”in futbolçusu Veysəl Rzayev 15 günə fərdi məşqlərə başlayacaq.

Hazırda ev şəraitində müalicə alan yarımmüdafiəçi vəziyyətinin yaxşı olduğunu bildirib.

“Hazırda yeriyirəm, hər şey qaydasındadır. Ötən həftə evə buraxıldım. Həkimlərlə danışdım, son müayinələrdən sonra 15 günə məşqlərə başlaya biləcəyim deyilib. Təbii ki, dərhal komanda ilə birgə məşqlərə qoşula bilmərəm. Bu, fərdi şəkildə olacaq. Daha sonra “rels”ə düşəcəyəm”, - deyə o, report.az-a açıqlamasında söyləyib.

V.Rzayev komandadan uzaqlaşdırılacağı barədə hər hansısa söhbətin olmadığını deyib:

“Yəqin ki, klub səhhətimlə bağlı mövcud vəziyyəti bilir. Ola bilsin, yaxın günlərdə komandadakı taleyimlə bağlı vəziyyət tam olaraq aydınlığa qovuşacaq”.

Qeyd edək ki, “Kəpəz” Veysəl Rzayevin transferini bu ilin yanvarında açıqlayıb. O, fevralın 3-də Gəncədə mübahisə zəminində bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

İdman.Biz