“Mingəçevir”in baş məşqçisi cəzalandırıldı, klub cərimələndi

20 Fevral 2026 16:16
62
“Mingəçevir”in baş məşqçisi cəzalandırıldı, klub cərimələndi

Azərbaycan Birinci Liqasında çıxış edən “Mingəçevir” klubunun baş məşqçisi Ramiz Məmmədov dörd oyunluq cəzalanıb.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Mütəxəssis 15-ci turda “Şəfa”ya qarşı keçirdikləri matçın 45-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün dörd oyunluq diskvalifikasiya edilib, klub 3000 manat cərimələnib.

Bundan başqa, sözügedən görüşdə “Şəfa”nın futbolçusu Vüqar Həsənov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 150 manat ziyana düşüb.

“Mingəçevir” komandası istifadə etdiyi paltardəyişmə otağına dəymiş zərəri də qarşılayacaq.

Turun “Şimal” – “Şahdağ Qusar” matçında ikincilərin futbolçusu Vüsal Əliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq diskvalifikasiya olunub, komandası 900 manat cərimələnib.

İdman.Biz