Rövlan Muradov: “Təkliflərlə menecerim məşğuldur” - MÜSAHİBƏ

Müsahibə
26 Dekabr 2023 11:40
856
Rövlan Muradov: “Təkliflərlə menecerim məşğuldur” - MÜSAHİBƏ

“Sumqayıt”ın futbolçusu Rövlan Muradovun İdman.biz saytına müsahibəsi

- Premyer Liqada II dövrə başa çatdı və komandalar fasiləyə yollanıb. “Sumqayıt”ın 18 turdakı çıxışını necə dəyərləndirərdiz?

- Bir çox oyunlarda xallar itirdik. Bunlar baş verməsəydi, bəlkə də qış fasiləsinə 2-ci yerdə yollanacağdıq. Buna baxmayaraq, çıxışımızı yaxşı dəyərləndirirəm.

- Bəs öz oyunun səni qane edir?

- Düzünü desəm, tam qane etmir. Çünki hədəflərim böyükdür. Hər bir qarşılaşmasında komandamın qələbəsində pay sahibi olmaq və yaxşı oyun göstərmək istəyirəm. Bu məndə nə qədər yaxşı alınır, onu baş məşqçi daha yaxşı bilir. Çalışacam ki, yanvardan daha yaxşı davam edim.

- 2019/20 mövsümündən sonra karyeranda ən məhsuldar ildir. Bunu yüksəltmək üçün hədəflərin varmı?

- Hədəfim daha çox qol vurub, məhsuldar ötürmələr etməkdir. Bu yolda komanda yoldaşlarımın da mənə dəstək olduqlarını hiss edirəm. Komandam üçün əlimdən gələnin maksimumuna çalışıram.

- “Sumqayıt”a keçməmişdən əvvəl xarici klublardan təkliflərin var idi. Gələcəkdə bunun reallaşması mümkündür?

- Burda olmaqdan çox xoşbəxtəm. Bütün diqqətimi “Sumqayıt”a yönəltmişəm. İndi bu barədə düşünmürəm. Amma təbii ki, yenidən legioner həyatı yaşamaq arzum var.

- Qış transfer pəncərəsi ərəfəsində yeni təkliflər gəlib?

- Klubla müqaviləm var, burada uğur qazanmaq istəyirəm. Ümid edirəm ki, istəyim reallaşacaq. Təkliflərlə menecerim məşğuldur. Bu səbəbdən də bu barədə dəqiq nəsə deyə bilməyəcəm.

- “Sumqayıt”la uğur qazanacağınıza inandığınızı dediz. Komandanı hansı pillədə görürsən?

- Hər bir futbolçunun arzusu mövsümü titulla bitirməkdir. Mən də bunu istəyirəm. Yekunda avrokuboklara vəsiqə qazanacağımızı düşünürəm.

Emin Ağa
İdman.biz

Məqalədə: