“Neftçi” futbol klubunun hazırda iki legioner futbolçu ilə danışıqlar apardığı iddia olunur.
İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi transfer çalışmalarını sürətləndirib.
Bu prosesin baş məşqçi Yuri Vernidubun istəyi əsasında həyata keçirildiyi bildirilir.
İddiaya görə, ukraynalı mütəxəssis rəhbərlikdən iki mövqeyə - mərkəz müdafiəçisi və vinger - yeni futbolçuların transfer edilməsini xahiş edib. Ötən ilin dekabrından etibarən komandanın baş məşqçisi olan Y.Vernidub sərəncamında bu mövqelər üzrə keyfiyyətli oyunçular görmək niyyətindədir.
60 yaşlı çalışdırıcının fikrincə, heyət gücləndirilərsə, komandanın hazırkı qeyri-sabit çıxışını qısa müddətdə aradan qaldırmaq mümkün olacaq.
Məlumata görə, Y.Vernidub ondan əvvəl “Neftçi”nin baş məşqçisi olmuş Samir Abasovun yanlış transfer siyasəti apardığını düşünür. Ukraynalı mütəxəssis hesab edir ki, əvvəlki dövrdə kluba gətirilən bəzi legionerlər komandanın tələblərinə cavab verməyib.
