Azərbaycan Premyer Liqası: “Kəpəz” “Qarabağ” ilə üz-üzə

20 Mart 2026 09:00
113
Azərbaycan Premyer Liqası: “Kəpəz” “Qarabağ” ilə üz-üzə

Bu gün futbol üzrə Misli Premyer Liqasının 25-ci turunun oyunu “Kəpəz” “Qarabağ” arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 15:00-da start götürəcək turun mərkəzi qarşılaşmasını Əli Əliyev idarə edəcək.

“Kəpəz” 18 xalla turnir cədvəlinin onuncu pilləsində yer alıb. 52 xala malik “Qarabağ” isə ikincidir.

Misli Premyer Liqası
Üçüncü Dövrə, 25-ci tur

20 mart
15:00. “Kəpəz” - “Qarabağ”.
Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Tərlan Talıbzadə, Emin Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Yevlax şəhər stadionu

Qeyd edək ki, tura martın 21-də yekun vurulacaq.

İdman.Biz
Məqalədə: