Azərbaycan Premyer Liqası: “Neftçi” “İmişli”yə qarşı

20 Mart 2026 09:29
98
Azərbaycan Premyer Liqası: “Neftçi” “İmişli”yə qarşı

Bu gün futbol üzrə Misli Premyer Liqasının 25-ci turu çərçivəsində ikinci qarşılaşma “Palms Sports Arena” stadionuda keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Neftçi” “İmişli”ni qəbul edəcək.

Oyun saat 19:15-də başlayacaq. “Neftçi” 34 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. 22 xala malik “İmişli” isə doqquzuncudur.

Misli Premyer Liqası
Üçüncü Dövrə, 25-ci tur
20 mart

19:15. “Neftçi” - “İmişli”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Elvin Bayramov.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abasov.
“Palms Sports Arena”

Qeyd edək ki, tura martın 21-də yekun vurulacaq.

İdman.Biz
Məqalədə: