Azərbaycan millisinin sabiq futbolçusu “Turan Tovuz”dan ayrılır

19 Mart 2026 17:50
80
Azərbaycan millisinin sabiq futbolçusu “Turan Tovuz”dan ayrılır

Azərbaycan millisinin sabiq futbolçusu Şəhriyar Əliyev mövsümün sonunda “Turan Tovuz”dan ayrılmağa yaxındır.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi baş məşqçi Kurban Berdıyevin gələcək planlarına daxil deyil.

O, cari mövsümdə K.Berdıyevin etimadını qazana bilməyib. Ş.Əliyev Premyer Liqada cəmi üç matçda (111 dəqiqə) meydana çıxa bilib.

Avrokuboklara vəsiqə qazanacağı təqdirdə daha güclü heyət formalaşdırmaq istəyən baş məşqçi oynamayan futbolçuların komandada qalmasının istəmir.

Qeyd edək ki, 2022-ci ildən Tovuz təmsilçisinin formasını geyinən Şəhriyar Əliyevin müqaviləsi mövsümün sonunda başa çatır. O, hazırda komandanın kapitanıdır.

İdman.Biz