Elvin Cəfərquliyev: “Çempionlar Liqasının rəmzi heyətinə yenidən düşmək üçün əlimdən gələni edəcəyəm”

Xəbərlər
24 Yanvar 2026 20:11
67
Elvin Cəfərquliyev: “Çempionlar Liqasının rəmzi heyətinə yenidən düşmək üçün əlimdən gələni edəcəyəm”

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasında əsas mərhələnin yeddinci turunun rəmzi komandasına düşdüyü üçün qürur duyur.

İdman.Biz bildirir ki, müdafiəçi özü bu barədə bildirib.

Azərbaycan millisinin üzvü rəmzi “11-liy”ə seçilməsi ilə bağlı Report-a açıqlama verib.

“Bütün komanda yoldaşlarıma, məşqçilər heyətinə, klubuma təşəkkür edirəm. Mənə çox dəstək oldular. UEFA Çempionlar Liqasında həftənin rəmzi komandasına düşmüşənsə, burada çox insanın mənə dəstəyi, köməyi olub.

Onların da əziyyəti danılmazdır. Hamısına təşəkkür edirəm. Təbrik edənlərə də minnətdaram. Həftənin rəmzi heyətinə düşdüyüm üçün çox qürurluyam. Əlimdən gələni edəcəyəm ki, yenidən həmin heyətdə olum”, - Cəfərquliyev deyib.

Qeyd edək ki, “Qarabağ” əsas mərhələnin yeddinci turunun oyununda Bakıda Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunu məğlub edib.

İdman.Biz