“Turan Tovuz” komandasının qapıçısı Oleq Baklov Tacikistan millisinə dəvət alıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Turan Tovuz” Peşəkar Futbol Klubu məlumat yayıb.
Bildirilib ki, qolkiper 2027-ci il Asiya Kubokunun seçmə mərhələsinin son turunda Filippin yığmasına qarşı keçiriləcək görüş üçün heyətə cəlb olunub.
Tacikistan seçməsi toplanışa martın 23-də Düşənbədə başlayacaq.
A qrupunda təşkil olunacaq altıncı turun oyunu martın 31-də keçiriləcək.
