Futbol üzrə Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunlarının proqramı bəlli olub.
İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bizon Azərbaycan Kuboku
Yarımfinal, cavab oyunları
21 aprel
19:00. “Zirə” - “Turan Tovuz”
Zirə İdman Kompleksinin stadionu
22 aprel
22:00. “Sabah” - ”Qarabağ”
“Bank Respublika Arena”
Qeyd edək ki, tərəflər arasında ilk matç aprelin 3-də baş tutacaq.
