“Zirə” - “Qarabağ” Premyer Liqada 42-ci dəfə qarşılaşır

14 Mart 2026 14:45
111
“Zirə” - “Qarabağ” Premyer Liqada 42-ci dəfə qarşılaşır

Bu gün futbol üzrə Misli Premyer Liqasının 24-cü turu çərçivəsində “Zirə” - “Qarabağ” komandaları 42-ci dəfə üz-üzə gələcək.

İdman.Biz xəbər verir ki, əvvəlki 41 qarşılaşmanın 26-sında Ağdam təmsilçisi qalib gəlib, qəsəbə klubu isə yalnız iki dəfə üstün olub.

Qalan 13 görüş heç-heçə ilə yekunlaşıb.

Topların paylanmasına baxdıqda da “köhlən atlar” üstünlük təşkil edir - 82:23. “Qarabağ” Premyer Liqadakı son doqquz oyunda “Zirə”yə qarşı hər matçda qol vurmağı bacarıb. “Zirə”nin son üç ev oyununda isə hər iki komanda fərqlənib.

"Zirə"nin iki qələbəsindən biri ötən ilin fevralında gerçəkləşib. "Qartallar" həmin vaxt 3:2 hesablı qalibiyyətə sevinib. Ondan əvvəlki qələbə isə 2023-cü ilin avqustuna təsadüf edib - 1:0.

Qeyd edək ki, görüş bu gün saat 19:15-də Zirə Olimpiya İdman Kompleksinin stadionunda start götürəcək.

İdman.Biz
Məqalədə: