“Araz-Naxçıvan” futbol klubu ciddi itki ilə üzləşib.
İdman.Biz xəbər verir ki, komandanın əsas futbolçularından olan Coşqun Diniyev cəzalı vəziyyətə düşüb.
Buna səbəb, yarımmüdafiəçinin Misli Premyer Liqasının 24-cü turunda “Karvan-Yevlax”la oyunda aldığı sarı vərəqədir.
Mövsüm ərzində dördüncü dəfə bu vəziyyətlə rastlaşan C.Diniyev 25-ci turda “Şamaxı” ilə səfər oyununda iştirak etməyəcək.
Qeyd edək ki, “Şamaxı” - “Araz-Naxçıvan” qarşılaşması martın 18-də keçiriləcək.
