“Roma” futbolçusunun evi qarət olundu

17 Mart 2026 17:09
78
“Roma” futbolçusunun evi qarət olundu

İtaliyanın “Roma” klubunun futbolçusu mərakeşli futbolçusu Neil El Aynaouinin evi silahlı hücuma məruz qalıb.

İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, hadisə çərşənbə axşamına keçən gecə baş verib.

Məlumata görə, üzləri bağlı, tapança ilə silahlanmış və qara geyimli altı nəfər pəncərənin dəmir barmaqlığını sındıraraq evə daxil olub. Cinayətkarlar futbolçunu, onun anasını, həyat yoldaşını, həmçinin qardaşı və onun sevgilisini otaqlardan birinə kilidləyiblər.

Quldurlar təxminən 10 min avro (19 min manat) dəyərində zinət əşyaları, “Rolex” saatı və bir neçə dizayner çantasını ələ keçiriblər. Hadisə zamanı evdə olanlardan xəsarət alan olmayıb. Hazırda polis faktla bağlı araşdırma aparır.

İdman.Biz
Məqalədə: