“Qarabağ”ın sabiq futbolçusu Olavio Juninyo karyerası ərzində əldə etdiyi kubokları ayağına döymə etdirib.
İdman.Biz xəbər verir ki, braziliyalı hücumçu “Qarabağ”ın heyətində qazandığı Misli Premyer Liqası və ölkə kuboku titullarını da buraya daxil edib.
O, həmçinin Braziliyanın “Flamenqo” klubu ilə qazandığı Libertadores Kuboku, Braziliya çempionluğu, ölkə superkuboku və digər turnirlərin kubokunu da bədəninə “tatu” etdirib.
Qeyd edək ki, bir müddət əvvəl “Flamenqo”dan Meksikanın “Pumas” klubuna transfer olan 29 yaşlı futbolçu 2023-2024-cü illərdə “Qarabağ”da çıxış edib.
