“Araz-Naxçıvan”ın futbolçuları “Qəbələ”yə uduzduqları yoxlama oyununa yorğunluq fonunda çıxıblar.
İdman.Biz xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin baş məşqçisi Andrey Demçenko klubun mətbuat xidmətinə açıqlamasında deyib.
“Araz-Naxçıvan” Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutan görüşdə “Qəbələ”yə 0:1 hesabı ilə uduzub.
Ukraynalı mütəxəssis bugünkü matçın daha çox məlumat xarakterli olduğunu söyləyib: “Nəticə vacib deyildi. Son 3 gün ərzində yükləmə çox olduğuna görə futbolçular yorğunluq fonunda meydana çıxmışdılar. Uşaqların verdiyimiz tapşırıqları nə dərəcədə icra edə bildiklərinə diqqət yetirdik. Keyfiyyətə önəm verdiyimiz üçün uşaqlara da dedim ki, məğlubiyyətə gorə üzülməyin. Gələcəkdə daha yaxşı oynamaq, irəli getmək üçün edəcəklərimizi öyrənirik”.
