“Qəbələ” yoxlama oyununda “Araz-Naxçıvan”ı məğlub edib - YENİLƏNİB

14 Yanvar 2026 17:11
195
“Qəbələ” yoxlama oyununda “Araz-Naxçıvan”ı məğlub edib - YENİLƏNİB

Misli Premyer Liqasında çıxış edən “Araz-Naxçıvan” və “Qəbələ” komandaları yoxlama matçında qarşılaşıblar.

İdman.Biz xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutan oyun “Qəbələ”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolu 38-ci dəqiqədə Prins Ovusu vurub.

Qeyd edək ki, “Araz-Naxçıvan” daha əvvəl klubun əvəzedici komandasına yeddi cavabsız qolla qalib gəlib. “Qəbələ” isə “Kəpəz”i 3:1 hesabı ilə üstələyib.

09:12

Bu gün Misli Premyer Liqasında çıxış edən “Araz-Naxçıvan” və “Qəbələ” komandaları yoxlama oyununda qarşılaşacaqlar.

İdman.Biz xəbər verir ki, oyun Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq.

Görüş saat 15:00-da start götürəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” daha əvvəl klubun əvəzedici komandasına yeddi cavabsız qolla qalib gəlib. “Qəbələ” isə “Kəpəz”i 3:1 hesabı ilə üstələyib.

İdman.Biz