Diniyevin komandası son dəqiqə qoluna üzülüb

Xəbərlər
20 Dekabr 2023 19:37
337
Diniyevin komandası son dəqiqə qoluna üzülüb

Azərbaycanlı futbolçu Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, “Umraniyəspor” 16-cı turda səfərdə “Ərzurumspor”un qonağı olub.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Coşqunun komandası son dəqiqədə buraxılan qolla xal itirib. 90 dəqiqə meydanDA olan Diniyev 87-ci dəqiqədə sarı vərəqə cəzalandırılıb.

Qeyd edək ki, “Umraniyəspor” 16 oyundan sonra 19 xal toplayıb. Komanda 10-cu pillədə qərarlaşıb.

İdman.biz