“Sabah” və “Qarabağ” ÇL-də ən ucuz heyətə malik komandaların siyahısında - FOTO

12 Sentyabr 2026 17:27
103
“Sabah” və “Qarabağ” ÇL-də ən ucuz heyətə malik komandaların siyahısında - FOTO

Son 10 ildə UEFA Çempionlar Liqasında mübarizə aparan klublar arasında heyətinin ümumi dəyəri ən aşağı olan komandaların siyahısı açıqlanıb.

İdman.Biz “Transfermarkt” portalına istinadən xəbər verir ki, siyahıda Azərbaycanın iki təmsilçisi - Ağdamın “Qarabağ” və Masazırın “Sabah” klubu da yer alıb.

“Qarabağ” 2017/18 mövsümündə tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edərkən komandanın heyətinin ümumi dəyəri 17,3 milyon avro olub. Ağdam təmsilçisi bu göstərici ilə siyahıda dördüncü pilləni tutub.

Cari mövsümdə ilk dəfə turnirin liqa mərhələsində mübarizə aparan “Sabah” isə 19 milyon avroluq heyət dəyəri ilə beşinci sırada qərarlaşıb.

Siyahının ilk pilləsində 2021/22 mövsümündə 12,3 milyon avro dəyərində heyətlə çıxış edən Moldova “Şerif”i yer alıb. Qazaxıstanın “Kayrat”ı 12,8 milyon avro ilə ikinci, Sloveniyanın “Maribor”u isə 13,9 milyon avro ilə üçüncü olub.

Son 10 ildə Çempionlar Liqasında iştirak edən və heyətinin ümumi dəyəri ən aşağı olan 10 komanda belə sıralanıb:

“Şerif” (Moldova, 2021/22) – 12,3 milyon avro;

“Kayrat” (Qazaxıstan, 2025/26) – 12,8 milyon avro;

“Maribor” (Sloveniya, 2017/18) – 13,9 milyon avro;

“Qarabağ” (Azərbaycan, 2017/18) – 17,3 milyon avro;

“Sabah” (Azərbaycan, 2026/27) – 19 milyon avro;

“Nikosia” (Kipr, 2017/18) – 19,3 milyon avro;

“Makkabi Hayfa” (İsrail, 2022/23) – 20,3 milyon avro;

“Slovan” (Bratislava, Slovakiya, 2024/25) – 20,9 milyon avro;

“Pafos” (Kipr, 2025/26) – 22,7 milyon avro;

“Ferentsvaroş” (Macarıstan, 2020/21) – 24,7 milyon avro.

İdman.Biz