Arif Əsədov: “Qarabağ” “Qalatasaray”la rəqib olsa...” - MÜSAHİBƏ

Müsahibə
17 Dekabr 2023 13:35
1 197
Arif Əsədov: “Qarabağ” “Qalatasaray”la rəqib olsa...” - MÜSAHİBƏ

Azərbaycan millisinin məşqçisi Arif Əsədovun İdman.biz saytına müsahibəsi

- Sabah Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq. Mümkün rəqiblər də bəllidir. Kimin “Qarabağ”a rəqib olmasını istərdiz?

- Təbii ki, rəqibin konkret adını çəkmək bir qədər çətindir. Çünki hər biri güclüdür. Demək olar ki, futbolçularının da hər biri perspektivli və Avropa təcrübəsinə malikdir.

- ⁠Yaxşı, sualı başqa cür qoyaq. “Qarabağ” potensial rəqiblərdən hansını üstələyə bilər?

- Fikrimcə, “Qarabağ” İsveçrə “Yanq Boyz”u ilə düşsə, daha yaxşı olar. Digərləri top-klublardır. Ağdam klubu “Qalatasaray”la rəqib olsa, maraqlı qarşılaşmanın şahidi olacağıq.

- “ Qarabağ” hazırkı heyətlə pley-offda uğurlu nəticə əldə bilərmi?

- Komanda hazırda çox yaxşı formadadır. Hər bir futbolçusu öz formasını yığıb. Çox istərdim ki, bu uğurun davamı gəlsin. Amma oyunlar qış fasiləsindən sonra olacaq. Bəzi hallarda müəyyən istirahətin ardınca futbolçuların istədikləri nəticəni əldə etməsi üçün zamana ehtiyacları yaranır. Həmin vaxt “Qarabağ”da çətinlik olur. Komanda bəzi mövqeləri gücləndirsə, istənilən rəqibə qarşı mübarizə apara bilər.

- Qurban Qurbanovun komandası yeni tarix yazaraq, daha bir mərhələ adlaya biləcəkmi?

- Hamımız bunu arzulayırıq. Təbii ki, çox istəyirik ki, “Qarabağ” Azərbaycan futbolunu daha da yüksəkliklərə qaldırsın. “Qarabağ”ın uğurlu çıxışı bizə dəstəkdir.

Banuçiçək Hüseynli
İdman.biz