PFL rəhbərliyi avtomobil qəzasına düşüb - VİDEO

Xəbərlər
16 Dekabr 2023 11:41
878
PFL rəhbərliyi avtomobil qəzasına düşüb - VİDEO

Peşəkar Futbol Liqasının (PFL) rəsmiləri avtomobil qəzasına düşüb.

İdman.biz xəbər verir ki, hadisə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verib.

"Mercedes" markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb. Nəticədə PFL-in prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, həmçinin sürücü Rasim Qafarlı avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə hadisə yerinə çağırılıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində onlar müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Trend qəzaya düşənlərin vəziyyətini açıqlayıb:

Bakı sakini Səmədov Elxan Zakir (14.01.1974) - Sağ baldırın yuxarı 3-də 1-nin böyük ölçülü açıq qəlpəli yerdəyişmiş sınığı, sağ dirsək oynağının oynaqdaxili sınığı;

Bakı sakini Şahgəldiyev Aslan Yadigar (31.08.1981) - L1 fəqərənin kompression sınığı;

Bakı sakini Qafarlı Rasim Məmmədrəsul (20.06.1982) - Sağ diz oynaqğının əzilməsi;

Bakı sakini Abdullayev Sənan Məstəli (24.06.1984) - Hər iki ayaq pəncəsinin əzilməsi;

Bakı sakini Abbasov Elgiz Rafiq (26.04.1990) - Sağ diz nahiyə əzilməsi;

Bakı sakini Hacıməhərrəmov Zaur Tahir (16.06.1981) - Burunun küt travması.

İdman.biz