AFFA-dan lisenziyasız futbolçuya görə 8 oyunluq texniki məğlubiyyət

Xəbərlər
13 Dekabr 2023 15:15
150
AFFA-dan lisenziyasız futbolçuya görə 8 oyunluq texniki məğlubiyyət

AFFA U-13 Liqasında iştirak edən “Baku Sporting” klubu və məşqçisi cəzalandırılıb.

İdman.biz xəbər verir ki, buna səbəb komandanın heyətində yer alan Roman Bayandurov adından lisenziyası olmayan Əli Hüseynov adlı şəxsin 8 oyunda iştirak etməsidir.

Həmin matçlarda Bakı təmsilçisinin bütün nəticələri ləğv edilib və 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni zamanda, yaşananlara görə “Baku Sporting”in məşqçisi Şamil Məmmədov 6 ay şərti olmaqla 12 aylıq futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıb.

İdman.biz

Məqalədə: