Medina Finlandiyada əməliyyat olunub

Xəbərlər
12 Dekabr 2023 21:43
252
Medina Finlandiyada əməliyyat olunub

“Qarabağ”ın müdafiəçisi Kevin Medina cərrahiyə əməliyyatı keçirib.

İdman.biz xəbər verir ki, kolumbiyalı futbolçu həkim müdaxiləsinə Finlandiyada məruz qalıb.

Avropa Liqasının “Molde” ilə səfər qarşılaşmasında zədələnən Medina oyunu yarımçıq tərk etmişdi. 30 yaşlı futbolçu Turku şəhərində Pihlayalinna Klinikasında əməliyyat olunub.

Qeyd edək ki, Kevin təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

İdman.biz