AFFA-nın prezidenti FIFA-nın baş katibi ilə Azərbaycanda futbolun inkişafı ilə bağlı fikir mübadiləsi aparıb

Xəbərlər
9 Dekabr 2023 15:53
172
AFFA-nın prezidenti FIFA-nın baş katibi ilə Azərbaycanda futbolun inkişafı ilə bağlı fikir mübadiləsi aparıb

Azərbaycanda səfərdə olan FIFA-nın baş katibi Fatma Somoura AFFA-nın, PFL-in, klubların qadın əməkdaşları və qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.

İdman.biz xəbər verir ki, tədbirdən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev Fatma Samoura ilə görüşərək Azərbaycanda futbolun inkişafı, FIFA ilə AFFA arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb, seminar iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra baş katib xanım əməkdaşlar və millimizin üzvlərinə liderlik mövzusunda seminar keçib. İnteraktiv şəkildə təşkil olunan seminarda Samoura müxtəlif mövzularda ünvanlanan sualları cavablandırıb. Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasına gələcək oyunlarda uğurlar arzulayıb.

İdman.biz