Qurban Qurbanov: "Sumqayıt"ın problemləri həddən artıq çox idi”

Xəbərlər
8 Dekabr 2023 22:17
617
Qurban Qurbanov: "Sumqayıt"ın  problemləri həddən artıq çox idi”

"Futbolçularımı təbrik edirəm. Çox dinamik oyunla yaxşı qələbə əldə etdik. Buna bizi məcbur edən "Sumqayıt" oldu”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XVI turunun açılış matçında qələbə qazanan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis səfərdə 6:1 hesabı ilə yekunlaşan oyundan sonra rəqib komanda haqqında danışıb. O, “Sumqayıt”ın heyət baxımda çətinliklə üzləşdiyini bildirib: “Rəqib ilk dəqiqələrdən pressinqə üstünlük verdi. Nəticədə oyunun tempi daha yuxarı oldu. Bəzən öz oyunumuzdan bir az geri qaldıq. Bizi buna rəqib öz çıxışı ilə də məcbur edirdi. İstənilən halda, oyun intizamını qoruyub-saxlamağa çalışmalıyıq. "Sumqayıt"ın son vaxtlar yaxşı oyunu və nəticələri qeydə alınmışdı. Bu gün problemləri həddən artıq çox idi. Bir neçə zədəli futbolçusu var idi və onların bəzisi meydana çıxmışdı. Rəqib komandaya uğurlar arzu edirəm".

“Qarabağ” ilk dövrədə “Sumqayıt”a 5:0 hesabı ilə qalib gəlib. Qurbanov rəqiblər fərqləndirmədilərini, hər oyuna maksimun nəticə üçün çıxdıqlarını bildirib: “Hər oyuna belə motivasiya ilə çıxırıq. Sadəcə bəzən istədiyimiz kimi alınır, bəzən alınmır. Ancaq xüsusi nəsə fikir bildirə bilmərəm. "Sumqayıt"la oyuna bu cür motivasiya ilə çıxmağımızı onlar özü məcbur edir. Öz oyunu və yaxşı mənada davranışı ilə. Onlar dinamik futbol oynayır, biz də qarşılığını verməyə çalışırıq”. Hesab 3:0, 4:1 olanda da, "Sumqayıt" öz oyunundan əl çəkmədi. Bu ancaq sevindirici haldır”.

İdman.biz