Timateuş Puxaç hansı “Mançester Yunayted”li futbolçu ilə forma dəyişdirdiyini açıqlayıb - VİDEO

11 Sentyabr 2026 10:01
95
Timateuş Puxaç hansı “Mançester Yunayted”li futbolçu ilə forma dəyişdirdiyini açıqlayıb - VİDEO

“Sabah” futbol klubunun polşalı müdafiəçisi Timateuş Puxaçın “Mançester Yunayted”lə Çempionlar Liqası matçından sonra azarkeşlərlə maraqlı dialoqu baş verib.

İdman.Biz xəbər verir ki, İngiltərədəki görüşdən sonra bir qrup azarkeş Puxaçın yanına gələrək ondan formasını imzalamasını istəyib. Polşalı futbolçu azarkeşlərin təqdim etdiyi formanı imzalayarkən onlarla söhbət edib.

Söhbət zamanı azarkeşlər Puxaçdan “Mançester Yunayted”in futbolçusu Markus Reşfordla forma dəyişib-dəyişmədiyini soruşublar. “Sabah”ın müdafiəçisi bunu təsdiqləyib.

Beləliklə, Puxaçın “Old Traffordd”a keçirdiyi gecənin maraqlı məqamlarından biri də Reşfordla forma mübadiləsi olub.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Mançester Yunayted” “Sabah”ı 4:0 hesabı ilə məğlub edib.

İdman.Biz