“İrəvan” klubu və futbolçuları cəzalandırılıblar

Xəbərlər
8 Dekabr 2023 17:45
546
“İrəvan” klubu və futbolçuları cəzalandırılıblar

“İrəvan” futbol klubu Elvin Yunuszadə və Əli Əliyevin hərəkətlərinə görə cəzalandırılıb.

İdman.biz xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul edilib.

“Karvan” – “İrəvan” oyunu bitdikdən sonra qonaqların oyunçusu Elvin Yunuszadə stadionun giriş qapısına zərər vurduğuna görə 1 oyun cəzalanıb. Buna görə klubu isə 100 manat ödəyəcək.

Sözügedən görüşdən sonra klubun digər üzvü Əli Əliyev stadionun soyunub-geyinmə otağının qapısına zərər vurduğundan özü və komandası eyni cəzaya məruz qalıb.

İdman.biz