AFFA rəsmisi “Barselona”nın oyununa təyinat alıb

Xəbərlər
7 Dekabr 2023 10:49
468
AFFA rəsmisi “Barselona”nın oyununa təyinat alıb

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb.

İdman.biz xəbər verir ki, o, UEFA Çempionlar Liqasının H qrupunda “Royal Antverp” (Belçika) - “Barselona” (İspaniya) qarşılaşmasının UEFA nümayəndəsi olacaq.

Belçikanın Deurne şəhərində keçiriləcək matç dekabrın 13-də baş tutacaq.

İdman.biz