Atletimiz final mərhələsinə yüksələ bilməyib

Xəbərlər
7 İyun 2024 19:53
140
Atletimiz final mərhələsinə yüksələ bilməyib

İtaliyanın paytaxtı Romada atletika üzrə Avropa çempionatı start götürüb.

İdman.biz xəbər verir ki, Azərbaycan atleti Nazim Babayev final mərhələsinə yüksələ bilməyib.

O, uzunluğa tullanma yarışında 6,92 m nəticə göstərib. Bu, Nazimə 29-cu pillədə qərarlaşmaq imkanı verib və təmsilçimiz Avropa çempionatı ilə təsnifat mərhələsində vidalaşıb.

Qeyd edək ki, yığmanın heyətində ilk olaraq mübarizəyə Yekaterina Sarıyeva qoşulub. O, üç təkanla tullanmada 12,93 m nəticə ilə təsnifat mərhələsində mübarizəni dayandırıb.

İdman.biz