Skidan 3-cü qızılı qazanıb

Xəbərlər
26 May 2024 19:59
204
Skidan 3-cü qızılı qazanıb

Azərbaycan atleti Anna Skidan növbəti uğura imza atıb.

İdman.biz xəbər verir ki, o, atletikanın çəkicatma növündə qızıl medal qazanıb.

Skidan Fransada təşkil olunan “World Athletics” seriyasının bürünc səviyyəli yarışında 71,98 metr nəticə göstərib. O, yerli Roza Loqa (71,55 m) və polşalı Katarjina Furmaneki (67,44) qabaqlayıb.

Qeyd edək ki, Anna Polşa və Norveçdə keçirilən turnirlərdə də 1-ci yeri tutub.

İdman.biz