Atletika üzrə Azərbaycan milli komandasının 25 üzvü qış mövsümündə keçiriləcək beynəlxalq yarışlara hazırlıq məqsədilə Göygöl şəhərinə təlim-məşq toplanışına yollanıb.
İdman.Biz xəbər verir ki, hazırlıq prosesi çərçivəsində idmançılar qarşıdakı yarışlara yüksək səviyyədə hazırlaşmaq üçün intensiv məşqlər keçirəcəklər.
Toplanış zamanı atletlərin fiziki və texniki hazırlıqlarının təkmilləşdirilməsinə xüsusi diqqət yetiriləcək.
