Bölgələrdən seçilən 11 istedadlı uşaq Bakıda təlim-məşq toplanışına qatılıb

25 Avqust 2026 21:13
100
Bölgələrdən seçilən 11 istedadlı uşaq Bakıda təlim-məşq toplanışına qatılıb

Oğuz, Tovuz və Şəki rayonlarından seçilmiş 11 istedadlı uşaq Bakıya dəvət olunub.

İdman.Biz xəbər verir ki, onlar 2026-cı ilin mart-aprel aylarında həyata keçirilən istedadlı uşaqların müəyyən edilməsi layihəsi çərçivəsində seçiliblər.

Avqustun 25-dən 30-dək uşaqlar üçün təlim-məşq toplanışı keçiriləcək. Toplanış müddətində iştirakçılar müxtəlif fiziki və texniki testlərdən, həmçinin qiymətləndirmələrdən keçəcəklər.

Nəticələrə əsasən qrup arasından ən istedadlı və perspektivli uşaqlar müəyyən ediləcək və onların gələcək inkişaf imkanları dəyərləndiriləcək.

İdman.Biz