Bəxtiyar Əsgərli: “Qələbə qaçışı qalib ölkənin yarışıdır” - VİDEO

1 Noyabr 2026 11:39
107
Bəxtiyar Əsgərli: “Qələbə qaçışı qalib ölkənin yarışıdır” - VİDEO

Bakıda keçirilən “Qələbə qaçışı”nda kişilər arasında qalib olan Bəxtiyar Əsgərli yarışdan sonra təəssüratlarını bölüşüb.

İdman.Biz xəbər verir ki, yarışda ikinci dəfə iştirak edən idmançı təşkilatçılığı yüksək qiymətləndirib.

“Yarış çox yaxşı keçdi, hər şey əla idi. Çox gözəl təşəbbüsdür. Artıq altı ildir keçirilən bu yarışda qalib olduğum üçün şadam. Allah qazilərimizə can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin”, - deyə Əsgərli bildirib.

O, “Qələbə qaçışı”nın özü üçün nə ifadə etdiyi barədə sualı da cavablandırıb:

“Bu, qalib ölkənin yarışıdır. Biz qalib xalqıq. Bu yarış bizim üçün çox böyük məna daşıyır”.

Qeyd edək ki, Bəxtiyar Əsgərli Azərbaycanın orta və uzun məsafələrə qaçış üzrə yüngül atletidir, kross qaçışı üzrə Azərbaycan çempionudur.

İdman.Biz